17 
Mar
2023
17:38
117
7
914
Virtual karabakh

Anri qadın komandasının baş məşqçisi olmaqdan imtina etdi

17 Mar, 2023
17:38
914

Anri qadın komandasının baş məşqçisi olmaqdan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tyerri Anri Fransanın qadınlardan ibarət milli komandasının baş məşqçisi olmaqdan imtina edib.

Bu barədə Fransa Futbol Federasiyasından Jan-Mişel Olas məlumat verib.

“Mən şəxsən ondan bu barədə soruşdum və cavab müsbət olmadı. Anrinin maraqlanacağını düşünürdük. Amma o, komandanın baş məşqçisi olmayacaq. Düşünürəm ki, Anri başqa bir layihəyə imza atacaq”, - deyə Olas bildirib.

Anri Belçika millisində köməkçi məşqçi kimi çalışıb, eyni zamanda Fransanın “Monako” və ABŞ-nin “Monreal” klublarına rəhbərlik edib. O,  bir müddət “Arsenal”ın gənclər komandasını çalışdırıb.

Mənbə: ESPN

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri