17 
Mar
2023
17:54
147
12
3736
Virtual karabakh

Zəlzələdə ölən Atsu ilə vida mərasiminə yüzlərlə insan toplaşdı - FOTO

17 Mar, 2023
17:54
3736

Zəlzələdə ölən Atsu ilə vida mərasiminə yüzlərlə insan toplaşdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədəki zəlzələdə dünyasını dəyişmiş “Hatayspor”un futbolçusu Kristian Atsu ilə ölkəsi Qanada vida mərasimi keçirilib.

Ölkə prezidenti də daxil olmaqla yüzlərlə insan onunla vidalaşmaq üçün paytaxt Akkrada Dövlət Evinin qarşısına toplaşıb. Mərasimdə Qana millisinin və “Hatayspor”un nümayəndələri də olublar.

Atsunun cəsədi fevralın 6-da baş vermiş zəlzələdən iki həftə sonra yaşadığı binanın dağıntıları altından çıxarılıb. O, Qananın cənub-şərqindəki doğma kəndində dəfn ediləcək.

31 yaşlı Atsu karyerasının böyük hissəsini İngiltərənin “Çelsi”, “Nyukasl” və “Everton” kimi klublarında keçirib.

Mənbə: BBC

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri