17 
Mar
2023
17:22
61
11
2383
Virtual karabakh

Konfrans Liqasında mövsümün son püşkü atıldı

17 Mar, 2023
17:22
2383

Konfrans Liqasında mövsümün son püşkü atıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Konfrans Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Avropa futbol qurumunun Nyondakı mənzil-qərargahında keçirilən mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olacaq.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən komanda bir-biri ilə rəqib ola bilib.

Turnirin favoritlərindən “Fiorentina” 1/4 finalda “Lex”lə üz-üzə gələcək. 1/8 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Gent” “Vest Hem”ə rəqib olub. “AZ Alkmaar” “Anderlext”, “Bazel” “Nitsa” ilə qarşılaşacaq.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

UEFA Konfrans Liqası
1/4 final

“Lex” (Polşa) - “Fiorentina” (İtaliya)
“Gent” (Belçika) ­- “Vest Hem” (İngiltərə)
“AZ Alkmaar” - “Anderlext” (Belçika)
“Bazel” (İsveçrə) - “Nitsa” (Fransa)

Yarımfinal

“Lex” (Polşa)/“Fiorentina” (İtaliya) cütünün qalibi - “Bazel” (İsveçrə)/“Nitsa” (Fransa) cütünün qalibi
“Gent” (Belçika)/“Vest Hem” (İngiltərə) cütünün qalibi - “AZ Alkmaar”/“Anderlext” (Belçika) cütünün qalibi

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri