18 
Mar
2023
11:34
219
11
847
Virtual karabakh

Çanaqqala zəfərinin 108-ci ildönümüdür - FOTO

18 Mar, 2023
11:34
847

Çanaqqala zəfərinin 108-ci ildönümüdür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Türkiyənin Çanaqqala zəfərinin 108-ci ildönümüdür.

Birinci Dünya müharibəsində “Üçlər İttifaqı” tərəfində döyüşə girən Osmanlı imperiyası Çanaqqala cəbhəsində mübarizə aparıb.

Türkiyə tarixinin dönüş nöqtələrindən biri olan Çanaqqala müharibəsi 19 fevral 1915-ci ildə Çanaqqala boğazında (Dardanel) dəniz döyüşü ilə başlayıb. 325 gün davam edən döyüşlər 1916-cı il yanvarın 9-da türk ordusunun qələbəsi ilə başa çatdı.

1915-ci il martın 18-də Çanaqqalada əldə edilən dəniz zəfəri Türkiyənin gələcəyi üçün dönüş nöqtəsi olub.

Qeyd edək ki, Osmanlı arxivlərində Qafqaz cəbhəsindən Çanaqqala döyüşündə vuruşan Azərbaycan könüllüləri ilə bağlı bir çox sənədlər var.

Zəfərin ildönümü ilə bağlı təşkil olunacaq tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Qələbənin ildönümündə Şəhidlər abidəsi və Səddülbahir qalasında iki fərqli anım proqramı təşkil olunacaq. İlk mərasim Cümhuriyyət meydanında keçiriləcək.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri