21 
Mar
2023
05:24
501
39
1408
Virtual karabakh

Aİ İrana qarşı altıncı sanksiyalar paketini qəbul etdi

21 Mar, 2023
05:24
1408

Aİ İrana qarşı altıncı sanksiyalar paketini qəbul etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aİ bazar ertəsi İranda hakimlər, parlamentarilər və din xadimləri də daxil olmaqla 8 şəxsə və bir təşkilata qarşı insan haqlarının pozulmasına görə yeni, sayca altıncı sanksiyalar paketini təsdiqləyib.

Bu barədə Aİ Şurasının Brüsseldə yaydığı bəyanatda deyilir.

“Aİ Şurası İranda insan haqlarının ciddi şəkildə pozulmasına görə daha 8 şəxs və bir təşkilata qarşı qadağanedici tədbirlər görməyə qərar verib. Xüsusən də ədalətsiz məhkəmələr zamanı ölüm hökmü çıxaran hakimlərə qarşı sanksiyalar tətbiq edilib”, - sənəddə deyilir.

Sanksiya siyahısına parlament üzvü, radikal din xadimləri, İran televiziyasının nümayəndəsi də daxildir.

Aİ Şurası həmçinin Tehranı nümayişçilərə qarşı ölüm hökmləri tətbiq etməyi dayandırmağa, əvvəlki məhkumluqları əfv etməyə və siyasi məqsədlərə çatmaq üçün xarici vətəndaşların saxlanması ilə bağlı narahatedici təcrübədən əl çəkməyə çağırıb.

Qeyd edək ki, hazırda Aİ-nin İrana qarşı sanksiyaları 204 şəxs və 34 təşkilata şamil edilir. Məhdudiyyətlər Avropadakı aktivlərin dondurulmasından, Avropa İttifaqına girişin qadağan edilməsindən və Avropa biznesmenlərinə qara siyahıda olanlarla hər hansı işgüzar əlaqənin qadağan edilməsindən ibarətdir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri