21 
Mar
2023
09:36
14
144
877
yuxarı
Peruda qasırğa onlarla can aldı: Səkkiz vilayətdə altı aylıq fövqəladə vəziyyət elan edildi
21 Mar, 2023
09:36
877
14
144
Peruda qasırğa onlarla can aldı: Səkkiz vilayətdə altı aylıq fövqəladə vəziyyət elan edildi
Peruda tropik “Yaku” qasırğasının yaratdığı daşqınlar nəticəsində 65 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.
Peru mətbuatında yer alan xəbərə görə, paytaxt Lima başda olmaqla ölkənin bir çox şəhərində təsirli olan qasırğa sel və yüzlərlə dağıntıya səbəb olub.
Təbii fəlakətdən 66 853 nəfər zərər çəkib, onlarla məktəb, sağlamlıq mərkəzləri, körpülər, 640 kilometr yol zədələnib. 11 çayın axını təhlükəli həddə çatıb.
Hökumət təbii fəlakətdən ən çox zərər çəkmiş 8 bölgənin 154 rayonunda 6 ay müddətinə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Mənbə: Haber Global
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək