23 
Mar
2023
14:18
105
28
1310
Virtual karabakh

Türkmənistanda erkən səsvermədə seçicilərin 1,82%-i səs verib

23 Mar, 2023
14:18
1310

Türkmənistanda erkən səsvermədə seçicilərin 1,82%-i səs verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan Məclisinə (Parlamentə) deputatların seçkiləri üçün seçicilərin 1,82 faizi səs verib. Erkən səsvermə martın 16-dan keçirilir.

Bu barədə martın 23-də Türkmənistanda seçkilərin və referendumların keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

“2023-cü il martın 21-nə olan məlumata görə, Türkmənistanda qeydə alınmış seçicilərin ümumi sayının 1,82 faizi səsvermədə iştirak edib”, - deyə məlumatda bildirilib.

Erkən səsvermə üçün Türkmənistanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında 42 seçki məntəqəsi yaradılıb. Erkən səsvermə martın 25-dək davam edəcək.

Türkmənistan parlamentinə seçkilər martın 26-na təyin edilib. Bundan əlavə, həmin gün ölkədə region, rayon, şəhər xalq şuralarına və yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək.

Mənbə: “Anadolu” Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri