24 
Mar
2023
01:20
525
40
2988
Virtual karabakh

Fransa alovlara büründü: Bordoda şəhər meriyası yandırıldı - YENİLƏNİB + VİDEO

24 Mar, 2023
01:20
2988

Fransa alovlara büründü: Bordoda şəhər meriyası yandırıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransız etirazçılar Bordo şəhər meriyasını yandırıblar.

Nümayişçilərə yanğınsöndürənlər və xilasedicilər də qoşulublar.

Fransanın böyük şəhərləri hələ də alov içərisindədir. İnsanlar avtomobilləri, velosipedləri, zibillikləri və s. obyekt və yerləri yandırırlar.

Qurbanların sayı barədə hələlik məlumat yoxdur. Onlarla nümayişçinin həbs olunduğu bildirilir.

Ölkə sakinləri baş verənləri sosial şəbəkələrdə paylaşaraq Fransanın müharibə zonasına çevrildiyini qeyd edirlər.

00:22

Cümə axşamı Fransanın bir çox böyük şəhərlərində pensiya islahatına qarşı keçirilən nümayişlərdə bir milyondan çox insan iştirak edib.

Məlumatı respublikanın Daxili İşlər Nazirliyi paylaşıb.

Nazirlik xatırladıb ki, martın 15-də keçirilən əvvəlki ümumi etirazlarda nümayişçilərin sayı bunun yarısı qədər olub. Etirazçıların rekord sayı isə martın 7-də qeydə alınıb - demək olar ki, 1,3 milyon nəfər.

Təkcə Parisdə cümə axşamı günü 119 min etirazçı küçələrə axışıb ki, bu da Fransa paytaxtı üçün rekord olub.

İştirakçıların sayına görə ən böyük etiraz aksiyaları həmçinin Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda keçirilib.

Qeyd edək ki, etirazlara yanvar ayında Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı islahat layihəsi səbəb olub.

Növbəti ümummilli nümayişlər martın 28-nə planlaşdırılıb.

23:58

Cümə axşamı Parisdə hökumətin pensiya islahatına etiraz olaraq nümayişçilərlə polis arasında toqquşmalar baş verib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Bildirilir ki, etirazçılar Respublika meydanında polisi təhrik etməyə başlayıblar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə və fişəng atıblar.

Təhlükəsizlik qüvvələri buna dəyənəkləri və gözyaşardıcı qazla cavab veriblər. Radikal nümayişçilər zibil qutularını və velosipedləri yandırıblar.

Sen-Martin bulvarında isə etirazçılar avtobus dayanacaqlarını və vitrinləri sındırıblar.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri