24 
Mar
2023
22:35
356
67
3377
Virtual karabakh

Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü

24 Mar, 2023
22:35
3377

Fatih Erbakan Türkiyə prezidentliyinə namizədliyini geri götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Yenidən Rifah Partiyası Cümhur İttifaqına daxil olmaq qərarına gəlib.

Bununla bağlı partiya sədri Fatih Erbakan açıqlama verib.

Erbakan seçkilərdə Cümhur İttifaqından namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklərini bildirib. Həmçinin seçimlərə AK Partiya siyahılarından qatılacaqlarını qeyd edib.

Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan prezidentliyə namizədliyini də geri götürdüyünü bildirib.

“Prezidentin özü ilə razılıq əldə olunub. Gələn həftənin çərşənbə axşamı və ya çərşənbə günü prezidentimiz qərargahımızı ziyarət edəcək. Biz də prezidentliyə namizədlik prosesimizi yekunlaşdırdıq”, - deyə o qeyd edib.

Mənbə: NTV.com.tr

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri