25 
Mar
2023
01:51
876
61
5835
Virtual karabakh

ABŞ qırıcı təyyarələri Suriyada İran hədəflərinə raket zərbələri endirdi - VİDEO

25 Mar, 2023
01:51
5835

ABŞ qırıcı təyyarələri Suriyada İran hədəflərinə raket zərbələri endirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin iki F-15E qırıcı təyyarəsi Suriyada İranın üç hədəfinə raket zərbələri endirib.

Tehranın PUA hücumu nəticəsində amerikalı hərbçilərin ölməsi və yaralanmasından sonra ABŞ cavab zərbələrinə başlayıb.

Prezident Co Bayden Suriyanın şərqində ABŞ-nin terror təşkilatı hesab etdiyi İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hədəflərə cavab zərbələri vurulması əmrini verib.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki F-15E qırıcı təyyarəsi üç hədəfi vurub, nəticədə 14 İran döyüşçüsü öldürülüb.

Xatırladaq ki, bir gün öncə İran istehsalı olan kamikadze pilotsuz uçan aparatı Hasakedə koalisiya qüvvələrinin obyektinə zərbə endirmiş, nəticədə bir ABŞ hərbçisi həlak olmuş, daha altı hərbçi yaralanmışdı.

Mənbə: “Daily Mail”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri