25 
Mar
2023
18:54
212
17
2991
yuxarı
Özbəkistanda yüksək çinli məmur həbs edilib
25 Mar, 2023
18:54
2991
212
17
Özbəkistanda yüksək çinli məmur həbs edilib
Özbəkistanın hüquq-mühafizə orqanları ölkənin Xarici Əmək Miqrasiyası Agentliyinin direktoru Afzəl İrmatovu həbs edib.
Bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
“Afzəl İrmatov Özbəkistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək hüquq-mühafizə orqanları tərəfindən həbs edilib” – ictimaiyyət üçün dərc edilən məlumatda qeyd olunub.
İrmatov 2022-ci ilin noyabrından agentliyə rəhbərlik edib.
Hələlik yüksək çinli məmurun həbsinin detalları barədə məlumat verilmir.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək