26 
Mar
2023
01:20
205
27
1839
yuxarı
Fransua Olland: “Fransada ekstremistlər hakimiyyətə gələ bilər”
26 Mar, 2023
01:20
1839
205
27
Fransua Olland: “Fransada ekstremistlər hakimiyyətə gələ bilər”
Fransa prezidenti Emmanuel Makron pensiya islahatının əleyhdarlarına barışıq siqnalı göndərməlidir.
Bu sözləri Fransanın keçmiş keçmiş prezidenti Fransua Olland Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində söyləyib.
F.Olland “Hazırda Fransadakı sosial qarşıdurma kimə sərf edir?” sualına isə belə cavab verib: “Bunu yalnız 2027-ci ildə keçiriləcək prezident seçkilərindən sonra anlamaq mümkün olacaq”.
Fransua Olland fikrinin davamında bildirib ki, hazırda ölkəsindəki siyasi vəziyyət son dərəcə təhlükəlidir.
“Hətta respublikada ekstremistlərin hakimiyyətə gəlmə təhlükəsi var” – deyə siyasətçi vurğulayıb.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək