26 
Mar
2023
19:22
204
61
1487
Virtual karabakh

Türkmənistanda parlament seçkiləri: Səsvermə başa çatdı - YENİLƏNİB

26 Mar, 2023
19:22
1487

Türkmənistanda parlament seçkiləri: Səsvermə başa çatdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistanda VII çağırış Milli Məclisin (parlament) deputatlarının, habelə vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarəetmə orqanlarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.

Ümumilikdə, respublikada 2602 seçki məntəqəsi fəaliyyət göstərib. Rəsmi məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.

Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası - Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları iştirak ediblər. Ümumilikdə Məclisdəki 125 deputat yerinə qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.

09:55

Bu gün Türkmənistanda 7-ci çağırış parlament seçkiləri başlayıb. Eyni zamanda əhali səsvermə nəticəsində vilayət, rayon, şəhər xalq şuralarına üzvlər və yerli özünüidarəetmə orqanlarına nümayəndələr də seçəcək.

Ölkə vətəndaşları parlamentin 125 deputatını seçməli olacaqlar.

Səsvermə birmandatlı seçki dairələri üzrə keçirilir. Deputatların və şura üzvlərinin seçkiləri üçün ümumilikdə 7 222 seçki dairəsi təşkil olunub.

Səsvermə saat 19:00-a qədər (Bakı vaxtı ilə 18:00) davam edəcək. O, başa çatdıqdan sonra seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayacaqlar. Komissiya ənənəvi olaraq ilkin nəticələri səsvermənin ertəsi günü, yekun nəticələri isə seçkilərdən 7 gündən gec olmayaraq açıqlayır.

Türkmənistanda Seçki və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatına görə, Milli Məclisin deputatlığına 258, rayonların və Aşqabad şəhərinin xalq şuralarının üzvlüyünə 515, rayon, şəhər xalq məsləhəti üzvlüyünə - 2 001, yerli özünüidarə orqanlarının üzvlüyünə - 12 098 namizəd qeydə alınıb.

Namizədləri ölkənin hər üç siyasi partiyası: Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları irəli sürüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri