29 
Mar
2023
03:07
115
31
1930
Virtual karabakh

Trampın birinci həyat yoldaşı ilə bağlı məxfi araşdırma: FTB 900 səhifəlik sənəd yığıb

29 Mar, 2023
03:07
1930

Trampın birinci həyat yoldaşı ilə bağlı məxfi araşdırma: FTB 900 səhifəlik sənəd yığıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FTB əks-kəşfiyyatı ABŞ-nin keçmiş prezidenti Donald Trampın birinci həyat yoldaşı İvanaya qarşı araşdırma aparıb.

Bu barədə departamentin məxfilikdən çıxarılaraq dərc edilmiş arxiv sənədindən məlum olur.

Sənədlərdə göstərilir ki, 1989-cu il fevralın 14-də FTB İvana Trampla bağlı ilkin araşdırmaya başlamağı tövsiyə edib. Buna səbəb idarənin mənbədən əldə etdiyi məlumatlar olub. İttihamların onun sərvətinə və şöhrətinə paxıllıqdan qaynaqlana biləcəyi vurğulanıb.

İstintaq azı iki il davam edib və yüksək məxfilik statusuna malik olub. İstintaq bir neçə ştatı əhatə edib,  Birləşmiş Ştatların Kanada və Avropa ölkələrindəki attaşelərinə Trampın birinci xanımının mühacirətinin təfərrüatını öyrənmək tapşırılıb.

Sənədlərdə deyilir ki, FTB onun siyasətçi olan ərindən boşanması ilə bağlı məhkəmə sənədlərini də araşdırıb. 1990-cı ilin sənədi departamentin Çexoslovakiya kəşfiyyatı ilə əlaqəsi olan şəxsin axtarışına aiddir. Onun saxta evliliklər etdiyi və İvana ilə əlaqəli olduğu iddia edilir.

Trampın birinci arvadı ilə bağlı sənədlər FTB-nin istintaq işində olsa da, ona qarşı heç bir ittiham irəli sürülməyib.

“Bloomberg” agentliyi “İnformasiya Azadlığı Qanunu”na uyğun olaraq qurumdan İvana Trampla bağlı mövcud sənədləri istəyib. Büro təsdiq edib ki, təxminən 900 səhifəlik sənədlər var və onların dərc edilməsi beş il çəkə bilər. Agentlik nəşri sürətləndirmək üçün məhkəməyə müraciət edib. Bundan sonra FTB Donald Trampın birinci həyat yoldaşının işindən 190 səhifəni açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri