29 
Mar
2023
14:32
158
30
4742
Virtual karabakh

Rusiya prezidentliyinə seçkidə Putinə sürpriz rəqib gəlir? - FOTO/VİDEO

29 Mar, 2023
14:32
4742

Rusiya prezidentliyinə seçkidə Putinə sürpriz rəqib gəlir? - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojin özü ilə Vladimir Putin arasında müqayisələr aparır, həmçinin tez-tez Rusiya hökumətini tənqid edir. Bu da onun siyasi ambisiyalarından xəbər verə bilər”.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında bildirilib. 

Amerikalı analitiklər qeyd ediblər ki, rusiyalı sahibkar Yevgeni Priqojin 2024-cü ildə prezidentliyə namizəd olmaq üçün indiki nüfuzundan istifadə edə bilər.

Onların sözlərinə görə, martın 14-də Rusiya dövlət mediasına müsahibəsində Priqojinin danışıq tərzi Rusiya Federasiyasının hazırkı Prezidenti Vladimir Putinin ictimai çıxışlardakı nitqinə bənzəyib.

Ekspertlərin fikrincə, o, bu yolla ya Putini ələ salmaq, ya da özünün də Rusiya prezidenti ola biləcəyinə eyham vurmaq istəyib. Həmin müsahibədə Priqojin bir daha Rusiya Müdafiə Nazirliyini tənqid edib, komandanlığı “Vaqner”çiləri qəsdən artilleriya sursatlarından məhrum etməkdə ittiham edib.

Analitiklər həmçinin o məqama da diqqət çəkiblər ki, martın 11-də Yevgeni Priqojin istehza ilə 2024-cü ildə Rusiya prezidentliyinə namizəd olmaq niyyətində olduğunu bildirib. Bundan əlavə, iş adamı tez-tez indiki Rusiya hakimiyyətini tənqid edir, bəzi məmurları xəyanətdə ittiham edir.

Mənbə: Focus.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri