29 
Mar
2023
17:08
221
38
517
Virtual karabakh

Kanada Ukraynaya iki milyard dollara yaxın kredit verəcək

29 Mar, 2023
17:08
517

Kanada Ukraynaya iki milyard dollara yaxın kredit verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanada rəhbərliyi 2023-cü ildə Ukraynaya Beynəlxalq Valyuta Fondu vasitəsilə 1,78 milyard ABŞ dolları (2,4 milyard Kanada dolları) məbləğində kredit verəcək.

Bu barədə ölkənin növbəti maliyyə ili üçün federal büdcə layihəsində bildirilib.

“Maliyyə yardımı ukraynalılara əsas xidmətlərin göstərilməsi üçün Ukrayna hökumətinə 2,4 milyard Kanada dolları məbləğində kreditlərin verilməsini nəzərdə tutur”, - deyə büdcə layihəsində qeyd edilib.

Federal büdcədə həmçinin bildirilib ki, Kanada 2023-cü ildə Ukraynaya hərbi texnika, o cümlədən səkkiz “Leopard-2” döyüş tankının verilməsi üçün 200 milyon Kanada dolları (təxminən 147 milyon ABŞ dolları) ayırmağı planlaşdırır.

Mənbə: RBC.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri