29 
Mar
2023
15:58
14
315
1347
Virtual karabakh

Rusiya XİN rəsmisi: “KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə hazırıq” - VİDEO

29 Mar, 2023
15:58
1347

Rusiya XİN rəsmisi: “KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə hazırıq” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ümid edirik ki, KTMT çərçivəsində İrəvanla qarşılıqlı əlaqələrə dair bütün məsələlər, o cümlədən də təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi konstruktiv və bütün tərəflər üçün faydalı olacaq şəkildə həllini tapacaq”.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalının suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, KTMT-də mövcud olan qarşılıqlı əlaqə formatları çərçivəsində Ermənistan tərəfini narahat edən bütün məsələlər açıq şəkildə müzakirə edilir.

“Biz öz tərəfimizdən KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi planlarını həyata keçirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”, - deyə Mixail Qaluzin qeyd edib.

Mənbə: RTVI

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri