29 
Mar
2023
16:29
361
42
1473
Virtual karabakh

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb - YENİLƏNİB + FOTO/VİDEO

29 Mar, 2023
16:29
1473

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrailin müdafiə naziri Yoav Qallant ilə görüşüb.

Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 
 
Görüşdə iki ölkə arasında müdafiə, hərbi-texniki və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
 
Ceyhun Bayramov Azərbaycan və İsrail arasında müdafiə sahəsində münasibətlərin mövcud əməkdaşlıq gündəliyində müstəsna rolunu diqqətə çatdırıb. 
 
17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin müdafiə naziri ilə keçirdiyi görüşə istinad edən Ceyhun Bayramov sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.
 
Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində sülh və quruculuq səyləri barədə qarşı tərəfi məlumatlandırıb. 
 
Yoav Qallant iki ölkənin müdafiə, hərbi-texniki sahədə uğurlu əməkdaşlıq təcrübəsinə istinad edərək, bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. Qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilib.

15:48

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter” hesabında yazıb.

O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Y.Qalant da “Twitter” hesabında C.Bayramovla görüşü barədə paylaşım edib.

O bildirib ki, C.Bayramovla ikitərəfli əlaqələri müzakirə edib.

“Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi qiymətləndirdim”, - Y.Qalant vurğulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri