30 
Mar
2023
01:13
355
41
3694
Virtual karabakh

Putin xəbərdarlıq etdi: “Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”

30 Mar, 2023
01:13
3694

Putin xəbərdarlıq etdi: “Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sanksiyalar gələcəkdə Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət iclası zamanı bildirib.

“İqtisadiyyatımızdakı müsbət tendensiyaların dəstəklənməsi və gücləndirilməsi, onların səmərəliliyinin artırılması, həmçinin texnoloji və maliyyə suverenliyinin təmin edilməsi zəruridir”, - deyə Putin qeyd edib.

Eyni zamanda o vurğulayıb ki, müasir reallıqlar fonunda lazımsız bürokratiya və ləngimələrə yol vermədən cəld hərəkət etmək lazımdır.

“Tez hərəkət etməliyik, çünki ortamüddətli perspektivdə Rusiya iqtisadiyyatına tətbiq edilən qeyri-qanuni məhdudiyyətlər həqiqətən də mənfi təsirini göstərə bilər”, - deyə Rusiya prezidenti əlavə edib.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri