29 
Mar
2023
21:43
548
28
4476
Virtual karabakh

Şotlandiyanın ilk müsəlman hökumət başçısı ailəvi şəkillərini paylaşdı - FOTO

29 Mar, 2023
21:43
4476

Şotlandiyanın ilk müsəlman hökumət başçısı ailəvi şəkillərini paylaşdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şotlandiyanın yeni baş naziri Hamza Yusaf, baş nazirin rəsmi iqamətgahı olan “Bute House”da ilk günündə ailəvi fotosunu paylaşıb. 

Oxu.Az-ın məlumatına görə, o, görüntüləri özünün “Twitter” hesabında dərc edib.  

“Ailəm və mən bu gün parlamentdəki səsvermədən sonra ilk gecəmizi “Bute House”da keçiririk. İftardan sonra hər zamanki kimi ailəmlə namaz qıldığım xüsusi bir məqam”, - deyə o, bildirib.

Qeyd edək ki, martın 28-də Şotlandiya parlamentinin iclasında baş nazir seçilən Yusaf ölkənin ilk müsəlman hökumət başçısı olmaqla yanaşı, həm də ölkənin ən gənc millət vəkili və ilk müsəlman naziri titullarına sahib olub. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri