30 
Mar
2023
09:24
9
147
683
Virtual karabakh

Flippində 200 sərnişini daşıyan gəmi alovlandı

30 Mar, 2023
09:24
683

Flippində 200 sərnişini daşıyan gəmi alovlandı

Filippində sərnişin gəmisində baş verən yanğın nəticəsində 12 nəfər ölüb. Ölənlər arasında azı üç uşaq var.

“Lady Mary Joy” alovlanan zaman onun göyərtəsində 200-ə yaxın sərnişin olub. Hadisə Baluk-Baluk adasının yaxınlığında baş verib.

57 sərnişin xilas edilib, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.

Sahil Mühafizəsi itkin düşənlərin axtarışını davam etdirir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Mənbə: ABS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri