31 
Mar
2023
02:10
8
206
3376
yuxarı
Suriyada fırtınanın qorxunc görüntüləri - VİDEO
31 Mar, 2023
02:10
3376
8
206
Suriyada fırtınanın qorxunc görüntüləri - VİDEO
Suriyada fırtına həyatı iflic edib.
Morek və Cibren kəndlərində divarların uçması nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həyatını itirib.
Fırtına evlərin dam örtüyünü, divarlarını uçurub. Binalardan düşən daş və dağıntılar səbəbindən bəzi avtomobillərə ciddi ziyan dəyib.
Suriyanın Aralıq dənizindəki bütün limanlarında nəqliyyatın hərəkəti dayandırılıb.
Vətəndaş müharibəsi səbəbilə minlərlə insanın didərgin düşdüyü ölkənin şimalındakı çadır şəhərciyinə sığınanlar çətin anlar yaşayıblar. Çox sayda çadır yararsız hala düşüb.
Mənbə: İHA
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək