31 
Mar
2023
02:45
12
183
1718
Virtual karabakh

Rusiyada kriptovalyuta alqı-satqısı ilə məşğul olanlar tələbəni oğurlayıb işgəncə verdilər

31 Mar, 2023
02:45
1718

Rusiyada kriptovalyuta alqı-satqısı ilə məşğul olanlar tələbəni oğurlayıb işgəncə verdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Ulyanovsk şəhərində kriptovalyuta alqı-satqısı ilə məşğul olan altı nəfər tələbəni oğurlayıb, ona günlərlə işgəncə verib və 740 min rubl tələb edib.

Onlar tələbənin onların bitkoinlərini oğurladığını iddia ediblər.

Əldə edilən məlumata görə, 18-26 yaş arası altı işsiz adam tanışları olan 23 yaşlı tələbəni kriptovalyuta ilə məşğul olduqları ofisə dəvət edib, ondan kompüter avadanlıqlarını quraşdırmasını istəyiblər. Tələbə quraşdırma işini bitirib və gedib.

Lakin bir neçə gündən sonra “iş adamları” maşında tələbənin yaşadığı hotelə gəliblər. Onu itələyərək maşına mindirib və zorla ofisə aparıblar. Ofisdə tələbə oğlana bildiriblər ki, o, kompüterləri səhv quraşdırıb və guya onlardan 740 min rubl dəyərində bitkoin oğurlayıb.

Onlar üç gün ərzində tələbəni ofisdə saxlayaraq buraxmayıb və ondan pul tələb ediblər. Tələbə isə deyilənlərlə razılaşmayıb və bundan imtina edib.

Qışqırıqları eşidən insanlar polis çağırıblar. Hadisə yerinə gələn polis tələbəni azad edib.

Tələbəni oğurlayan altı nəfər isə saxlanılıb, onlarla iş aparılır.

Həkimlər tələbəni müayinə edib, ona lazımi yardım göstərib və evə buraxıblar.

Mənbə: “SHOT” “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri