30 
Mar
2023
21:54
152
4
779
Virtual karabakh

AP millət vəkilləri Brüsseldə nümayiş keçirdilər: “Fransada polis zorakılığına son qoyun”

30 Mar, 2023
21:54
779

AP millət vəkilləri Brüsseldə nümayiş keçirdilər: “Fransada polis zorakılığına son qoyun”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Parlamentinin (AP) bir qrup millət vəkili Fransada pensiya islahatına etiraz edənlərə qarşı polis zorakılığının dayandırılmasını tələb edib.

Avropa Parlamentində (AP) Sol qrupdan olan millət vəkilləri Belçikanın paytaxtı Brüsseldə AP binası qarşısında nümayiş keçirib.

Əllərində “Fransada polis zorakılığına son qoyun” yazılmış plakatlar tutan 20-dən çox millət vəkili Fransa polisini etirazçılara qarşı qəddarlıqda ittiham edib.

“Fransada xalq demokratik nümayiş hüququndan istifadə edərkən polis zorakılığı ilə üzləşdi. Bu gün AP millət vəkilləri polis zorakılığına qarşı parlamentdən mesaj verirlər. Şiddətə haqq qazandırılması mümkün deyil”, - deyə AP-dəki Sol qrupdan verilən açıqlamada qeyd edilib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri