31 
Mar
2023
11:40
166
17
2200
Virtual karabakh

Trampa görə həbs edilən “Şaman” azadlığa çıxdı - FOTO/VİDEO

31 Mar, 2023
11:40
2200

Trampa görə həbs edilən “Şaman” azadlığa çıxdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə Kapitoliyə hücumda iştirak edən “Şaman” ləqəbli amerikalı Ceykob Çensli vaxtından əvvəl federal həbsxanadan azad edilib.

Məlumata görə, bu, amerikalı sahibkar və “Twitter” sahibi İlon Maskın Çenslinin etirazçıları evlərinə getməyə çağırdığı videonu yayımlamasından az müddət sonra baş verib.

“Şaman” reabilitasiya mərkəzinə köçürülüb, orada bir müddət qocalar evində işləyəcək (bu, onları cəmiyyətə qayıtmağa hazırlaşmağa kömək edir). Aksiyada fəal iştirakına görə 41 ay müddətinə azadlıqdan məhrum edilən “Şaman” 27 aydan az müddət həbsdə qalıb. 

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da ABŞ-nin keçmiş Prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda iğtişaşlar törədiblər. Etirazlar zamanı onlar Kapitoliyə soxulublar. 

Çensli buynuzlu xəz papaqlı geyimi və ABŞ Konqresinin spikeri Nensi Pelosinin kürsüsündə əyləşməsi ilə məşhurlaşıb. Saxlanıldıqdan sonra o, Kapitoliyə hücumla bağlı cinayətlərdə özünü təqsirli bilib və aldadıldığını, sadəcə Trampın mitinq çağırışını yerinə yetirdiyini deyib. Çenslinin reabilitasiya mərkəzindən azadedilmə tarixi mayın 25-nə təyin olunub.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri