31 
Mar
2023
23:09
470
17
1318
Virtual karabakh

NATO “TikTok”u əməkdaşlarına qadağan etdi - VİDEO

31 Mar, 2023
23:09
1318

NATO “TikTok”u əməkdaşlarına qadağan etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO təhlükəsizlik səbəbi ilə işçilərinə “TikTok” sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.

Bu barədə NATO nümayəndələri məlumat veriblər.

“Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO xidməti istifadə üçün proqramların seçilməsi ilə bağlı ciddi tələblər irəli sürür. NATO-nun təqdim etdiyi cihazlarda “TikTok” mövcud deyil”, - deyə alyansın yüksək səviyyəli rəsmisi CNN telekanalına bildirib.

CNN həmsöhbətlərinin sözlərinə görə, NATO rəhbərliyi cümə günü səhər saatlarında öz əməkdaşlarına bildiriş göndərib. Məktubda “TikTok”la bağlı rəsmi qadağa əksini tapıb. Baxmayaraq ki, “TikTok” tətbiqi əvvəllər də daxili texniki məhdudiyyətlər səbəbindən alyansın cihazlarında istifadə olunmurdu.

Qeyd edəki ki, bundan əvvəl Avropa Komissiyası, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin əməkdaşlarına “TikTok” tətbiqinin ofis cihazlarına yüklənməsi qadağan edilmişdi.

Mənbə: CNN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri