Apr
2023
06:26
28
198
1281
Virtual karabakh

İsveçrədə eyni vaxtda iki dəmiryolu qəzası baş verdi - FOTO

1 Apr, 2023
06:26
1281

İsveçrədə eyni vaxtda iki dəmiryolu qəzası baş verdi - FOTO

İsveçrədə paytaxt Bernə yaxın ərazidə dəmiryolu qəzası baş verib.

Qəza zamanı iki qatar relsdən çıxaraq aşıb.

Bu barədə yerli mətbuat məlumat verib.

Qatarlar bir-birindən təxminən 15 kilometr aralıda aşıblar.

Bəzi məlumatlara görə, ilk hadisə zamanı qatarın maşinisti də daxil olmaqla 4 nəfər xəsarət alıb. İkinci qəzada isə bir sərnişin ağır yaralanıb, bir neçə nəfər xəsarətlər alıb.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri