Apr
2023
07:20
134
48
5119
Virtual karabakh

Britaniyalı qadın dinozavr pəncəsi tapdığını iddia etdi: “Tarixdən əvvəlki dövrə aiddir” - FOTO

1 Apr, 2023
07:20
5119

Britaniyalı qadın dinozavr pəncəsi tapdığını iddia etdi: “Tarixdən əvvəlki dövrə aiddir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın Bakli şəhərində yaşayan qadın dinozavr pəncəsi tapdığını iddia edir.

36 yaşlı Lora Murkroft rastlaşdığı tapıntının tarixdən əvvəlki dövrdə yaşamış hansısa heyvanın caynağı olduğunu deyir. O, bununla bağlı zoopark mütəxəssislərinə və yerli baytara müraciət edib.

Britaniyalı qadın bildirib ki, həyat yoldaşı ilə birlikdə gəzinti zamanı heyvanın pəncəsini görüblər və bunun dinozavr ola biləcəyini düşünüblər.

“Fikrimizcə, bu, tarixdən əvvəlki dövrə aid tapıntıdır. Bu pulcuqlu pəncə kərtənkələyə aid ola bilər. Biz “Yura dövrü parkı” filminin böyük pərəstişkarlarıyıq, ona görə də dərhal pəncənin dinozavra aid ola biləcəyini düşündük”, - deyə Lora qeyd edib.

Qadının paylaşımı sosial şəbəkələrdə aktiv müzakirələrə səbəb olub. Bir çoxları bunun quş pəncəsi olduğunu güman edib, digərləri pəncənin timsah və ya tısbağaya aid ola biləcəyini düşünüb. Zoopark işçiləri və yerli baytar tapıntı ilə bağlı çaşqınlıq içində qalıblar, lakin bunun hind quşu və ya qırqovul ola biləcəyini ehtimal ediblər.

Britaniyalı qadın isə tapılan pəncənin dinozavra aid olduğuna əmindir. Lakin Harvard Universitetinin bioloqları onun bu fərziyyəsini təkzib ediblər.

Mənbə: Focus.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri