Apr
2023
23:13
194
49
5121
Virtual karabakh

​İPL: “Mançester Siti” və “Arsenal”dan böyük hesablı qələbə, “Çelsi” uduzdu -YENİLƏNİB + VİDEO

1 Apr, 2023
23:13
5121

​İPL: “Mançester Siti” və “Arsenal”dan böyük hesablı qələbə, “Çelsi” uduzdu -YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının XXIX turunun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, “Çelsi” öz meydanında “Aston Villa”ya uduzub - 0:2.

Qonaqların qollarını Olli Uotkins və Con Makgin vurublar. “Aston Villa” xalını 41-ə çatdıraraq 9-cu pilləyə yüksəlib. “Çelsi” 38 xalla 11-cidir.

20:04

İngiltərə Premyer Liqasında (İPL) XXIX turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider “Arsenal” “Lids”i qəbul edib. Matç “topçular”ın qələbəsi ilə başa çatıb - 4:1.

“Arsenal”ın heyətində Qabriel Jezuş dubl edib, digər qolları Ben Vayt və Qranit Caka vurublar.

“Lids”in təsəlli topuna Rasmus Kristensen imza atıb. 29 oyunda 72 xal toplayan “Arsenal” vahid liderdir və ən yaxın izləyicisi "Mançester Siti"ni 8 xal üstələyir. “Lids” isə 26 xalla 17-cidir.

17:52

İngiltərə Premyer Liqasında (İPL) XXIX tura start verilib.

Oxu.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” öz meydanında “Liverpul”u qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 17-ci dəqiqədə Məhəmməd Salahla “Liverpul” açıb. Lakin “şəhərlilər” bunun əvəzini artıqlaması ilə çıxıblar. Fasiləyə qədər Yulian Alvares hesabı bərabərləşdirib. İkinci hissədə isə Kevin De Brüyne, İlkay Gündoğan və Cek Qrilliş “Mançester Siti”yə qələbə qazandıran qolları vurublar.

28 matçda 64 xal toplayan “Mançester Siti” İPL-in turnir cədvəlində ikinci pillədədir. Komanda lider “Arsenal”dan 5 xal geri qalır. “Liverpul” isə 27 matçda topladığı 42 xalla altıncı yerdədir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri