Apr
2023
07:43
318
45
1422
Virtual karabakh

Ukrayna Rusiyanın dörd əsas hakimiyyət qurumuna qarşı sanksiyalar qoydu

2 Apr, 2023
07:43
1422

Ukrayna Rusiyanın dörd əsas hakimiyyət qurumuna qarşı sanksiyalar qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının dörd dövlət qurumuna 10 il müddətinə sanksiyanın tətbiq edilməsinə dair göstəriş verib.

Bunlar Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Federal Mühafizə Xidməti, Rusiya Federasiya Şurası və Rusiya Maliyyə Nazirliyidir.

Müvafiq fərman Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.

Qeyd olunur ki, sanksiyalar dörd quruma, həmçinin orada işləyən şəxslərə şamil ediləcək.  

Sanksiyaya aktivlərin dondurulması, ticarət əməliyyatlarının dayandırılması, lisenziyaların ləğvi, ticarət müqavilələrinə və proqramlara xitam verilməsi, əqli mülkiyyət hüquqlarının ötürülməsinə daxildir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri