Apr
2023
22:35
113
37
2995
Virtual karabakh

“Borussiya”nın qapıçısından inanılmaz səhv, “Bavariya” dörd qolla zirvəni əldə keçirdi - VİDEO

1 Apr, 2023
22:35
2995

“Borussiya”nın qapıçısından inanılmaz səhv, “Bavariya” dörd qolla zirvəni əldə keçirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasında XXVI turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, mərkəzi matçda çempionluq uğrunda yarışan “Bavariya” və “Borussiya” birincilərin meydanında üz-üzə gəliblər. Görüş münhenlilərin qələbəsi ilə başa çatıb - 4:2.

Dortmundluların qapıçısı Qreqor Kobelin kobud səhvlə avtoqola imza atdığı matçda “Bavariya”nın digər qollarını dubl edən Tomas Müller və Kinqsli Koman vurublar. “Borussiya”nın heyətində Emre Can penaltidən fərqlənib, Donyel Malen isə ikinci topu vurub.

Bu qələbə ilə “Bavariya” xallarını 55-ə çatdırıb və 53 xalı olan “Borussiya”nı geridə qoyaraq zirvəni ələ keçirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri