Apr
2023
09:53
85
7
789
Virtual karabakh

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir

2 Apr, 2023
09:53
789

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

Oxu.Az xəbər verir ki, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb.

Burada təxminən 6,7 milyon insan yerli vaxtla saat 20:00-a qədər səs verə biləcəklər.

Xaricdəki Bolqarıstan vətəndaşları üçün isə 61 ölkədə 737 seçki məntəqəsi işləyəcək.

49-cu çağırış Xalq Məclisində 240 yer uğrunda 14 siyasi partiya və 7 koalisiyanın nümayəndələri mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, birpalatalı parlamentin deputat mandatı uğrunda 4 566 nəfər mübarizə aparır. Seçkilərdə 207 beynəlxalq, 847 bolqar müşahidəçi çalışacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri