12 
Sen
2017
13:27
86
20
1263
Virtual karabakh

Ukraynada dördgünlük komanda-qərargah təlimləri başladı

12 Sen, 2017
13:27
1263

Ukraynada dördgünlük komanda-qərargah təlimləri başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Sarsılmaz dayanıqlıq - 2017" komanda-qərargah təlimləri başlayıb.

Oxu.Az Report -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Viktor Mujenko məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 15-dək qoşunların və əməliyyat ehtiyatlarının cəlb edilməsi ilə bir sıra təlimlər keçiriləcək: "Manevrlərin məqsədi hərbi idarəetmə orqanlarının döyüş zamanı qoşunların idarə edilməsi üzrə imkanlarının artırılmasıdır. Bundan başqa, sentyabrın 15-dək Ukrayna ərazi müdafiə qüvvələrinin və vasitələrinin qərargahların düzülməsi ilə təlimlər təşkil olunacaq".

"Sarsılmaz dayanıqlıq - 2017" təlimləri sentyabrın 14-dən 20-nə qədər keçirilməsi planlaşdırılan Rusiya və Belarusun "Qərb-2017" birgə strateji təlimləri ilə üst-üstə düşür.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri