22 
May
2023
20:56
117
14
1523
Virtual karabakh

İrlandiya “Meta”nı rekord məbləğdə cərimələdi

22 May, 2023
20:56
1523

İrlandiya “Meta”nı rekord məbləğdə cərimələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası ABŞ-nin “Meta Platforms” şirkətini istifadəçilərin şəxsi məlumatlarının Avropa İttifaqından (Aİ) ABŞ-yə ötürülməsinə görə cərimələyib.

Cərimənin məbləği rekord rəqəm - 1,2 milyard avro təşkil edib.

Belə bir cərimə Avropa İttifaqında fərdi məlumatlar haqqında qanunvericilik sahəsində indiyə qədər ən böyük inzibati cərimə hesab olunur.

Avropa Məlumatların Mühafizəsi Şurasının prezidenti Andrea Jelinek etiraf edib ki, “Meta” müntəzəm olaraq istifadəçi məlumatlarının ötürülməsi ilə məşğul olub və bununla da konfidensiallıq (məxfilik) qaydalarını pozub.

O qeyd edib ki, belə bir cəzanın verilməsi, həmçinin, digər təşkilatlara ciddi qayda pozuntularının nələrə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq məqsədi daşıyır.

Mənbə: CNBC

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri