25 
May
2023
07:18
91
24
2045
Virtual karabakh

Finlandiyaya gedən rusiyalı miqrantlar 30 illik rekordu yenilədilər

25 May, 2023
07:18
2045

Finlandiyaya gedən rusiyalı miqrantlar 30 illik rekordu yenilədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya vətəndaşları 30 illik rekordu yeniləyərək 2022-ci ildə Finlandiyadakı ən böyük miqrant qrup olublar.

Bu barədə Finlandiyanın statistika idarəsinin yaydığı hesabatda bildirilir.

Belə ki, 2022-ci ildə ölkəyə 6 003 rusiyalı köçüb.

1995-2021-ci illərdə Rusiyadan gələn mühacirlərin illik sayı 3 100 nəfəri keçməyib.

Digər böyük miqrant qrupları İsveç (2 599), Hindistan (2 420), Estoniya (2 387), Filippin (2 251), Ukrayna (1 533) və Türkiyə (1 503) vətəndaşları olublar. 2022-ci ildə Finlandiyaya ümumilikdə 49 998 nəfər köçüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri