27 
May
2023
06:10
238
36
1682
Virtual karabakh

Niderland prokurorluğu Putinin keçmiş kürəkəninin torpağına həbs qoydu - FOTO

27 May, 2023
06:10
1682

Niderland prokurorluğu Putinin keçmiş kürəkəninin torpağına həbs qoydu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderland prokurorluğu Rusiya Prezidenti Vladimir Putinin keçmiş kürəkəninin torpağını müsadirə edib.

Belə ki, prokurorluq Putinin böyük qızı Mariya Voronsova ilə evli olmuş iş adamı Yorrit Faassenin Amsterdam ətrafındakı torpaq sahəsinə həbs qoyub.

Bu barədə Hollandiyanın “Follow The Money”, Rusiyanın “Proyekt” və Britaniyanın “The Guardian” nəşrlərinin birgə araşdırmasında bəhs edilib.

Bildirilib ki, Amsterdamın cənub-şərqində yerləşən Duyvendrextdəki 1432 kvadratmetrlik sahə hələ də boşdur. 2021-ci ildə ərazinin sahibi kimi qeyd olunan Faassenə altı kiçik ofis binası və bir evin tikintisi üçün icazə verilib. Lakin keçən ilin martında bələdiyyə icazə prosedurunu Faassenin Putinlə yaxın əlaqələri səbəbindən dayandırıb.

Bu ayın əvvəlində Niderland torpaq reyestrindəki qeydlərə görə, torpaq sahəsinə maliyyə, iqtisadi və ekoloji qanun pozuntularına görə prokurorluq tərəfindən həbs qoyulub. Niderland prokurorluğu həbsin səbəbi və Faassenin istintaq altında olması ilə bağlı açıqlama verməyib. Hüquqşünas və sanksiyalar üzrə ekspert Helen Over de Lindenin sözlərinə görə, ərazinin müsadirə olunması Faassenin təhqiqat predmeti ola biləcəyini göstərir.

Faaasenlə tanış olan təhqiqatçıların mənbələri bildirirlər ki, o hələ də Moskvada yaşayır, bu yaxınlarda isə Niderlanda qayıdıb və orada sanksiyalardan yayınma işi ilə bağlı sorğu-sual edilib. Onun noutbuku və mobil telefonu müsadirə edilib. Bundan sonra o, Rusiyaya qayıdıb.

Jurnalistlər qeyd edirlər ki, həbs qoyulan torpaq sahəsinin Faassenə aidiyyatı ictimaiyyətə yaxşı məlum olub. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalının əvvəlində bu ərazinin yaxınlığında etiraz aksiyaları keçirilib, Voronsovaya çağırış edilib ki, atasını müharibəni dayandırmağa və Aleksey Navalnını azad etməyə məcbur etsin.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri