29 
May
2023
13:32
114
19
1167
Virtual karabakh

Kianu Rivzin rok qrupu 20 ildən sonra yenidən bir araya gəldi - FOTO/VİDEO

29 May, 2023
13:32
1167

Kianu Rivzin rok qrupu 20 ildən sonra yenidən bir araya gəldi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadalı Hollivud aktyoru Kianu Rivzin “Dogstar” rok qrupu 20 ildən sonra ilk dəfə yenidən bir araya gəlib.

Bu, Amerikanın Napa vadisində keçirilən “BottleRock” festivalında baş verib.

Komanda 12 mahnı ifa edib ki, onlardan üçü yeni olub və yeni alboma daxil ediləcək. Yaxın vaxtlarda qrupun tur səfəri planlaşdırılır.

Xatırladaq ki, aktyor bir müddət öncə bütün qrup üzvlərinin yenidən birləşmə istəyində olduğunu və daha bir mini albom yazdırmağa qərar verdiklərini demişdi.

“Mən birlikdə ifa etmək, birlikdə treklər yazmaq və birlikdə çıxış etmək üçün darıxmışdım”, - deyə Kianu Rivz qeyd edib.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri