İyn
2023
12:56
93
54
2329
Virtual karabakh

CAR Putini həbs etmək istəmədiyi üçün hiylə işlədir

1 İyn, 2023
12:56
2329

CAR Putini həbs etmək istəmədiyi üçün hiylə işlədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Afrika Respublikasının hakimiyyət orqanları Çindən bu il BRİKS sammitinə ev sahibliyi etməsini istəyə bilər.

Bu barədə “Reuters” yüksəkrütbəli hökumət rəsmisinə istinadən məlumat yayıb.

Tədbirin avqustun 22-24-də Yohannesburqda keçirilməsi planlaşdırılır.

Bildirilir ki, CAR Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi tələbi ilə bağlı müzakirələrdən yayınmaq üçün bunu etmək istəyir.

Qeyd edək ki, Cənubi Afrika Respublikası BCM-in üzvüdür və onun yurisdiksiyasına tabedir, ona görə də məhkəmənin işdə şübhəli hesab etdiyi şəxsləri həbs etməyə borcludur. Beləliklə CAR Rusiya lideri ölkə ərazisinə gələrsə, onu həbs etməli olacaq.

Çin isə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır.

Qeyd edək ki, BCM martın 17-də Vladimir Putinin həbsinə order verib. Məhkəmə müəyyən edib ki, Vladimir Putin uşaqların Ukraynadan qanunsuz deportasiyası ilə bağlı hərbi cinayətlərə görə məsuliyyət daşıyır.

Aprel ayında Cənubi Afrika hakimiyyəti Putini BRİKS sammitinə dəvət edib. Mayın 12-də Vladimir Putin Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə telefonla danışıb. Onlar BRİKS sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. “Sunday Times” qəzetinin yazdığına görə, Cənubi Afrika hakimiyyəti Rusiya ilə BCM-in qərarı üzrə BRİKS sammitinin əyani-qiyabi formatını müzakirə edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri