İyn
2023
06:58
74
8
1336
Virtual karabakh

“Meta” şirkətindən işçilərlə bağlı yenilik: Həftədə neçə dəfə ofisə gəlməlidirlər?

3 İyn, 2023
06:58
1336

“Meta” şirkətindən işçilərlə bağlı yenilik: Həftədə neçə dəfə ofisə gəlməlidirlər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Meta” korporasiyası sentyabr ayından etibarən işçilərdən həftədə üç gün ofisə gəlməyi, qalan vaxtlarda isə evdən işləməyi xahiş edəcək.

“Meta” rəhbərliyinin yeni təşəbbüsü şirkətin səmərəliliyinin artırılması planının bir hissəsi olacaq.

“Biz işin bölüşdürülməsi tərəfdarıyıq və inanırıq ki, işçilər istər ofisdən, istərsə də məsafədən çalışmaqla bu işə əhəmiyyətli dərəcədə öz töhfələrini verə bilərlər”, - deyə korporasiya nümayəndələrindən biri qeyd edib.

Qeyd edək ki, şirkət rəhbərliyi uzun müddətdir belə bir yenilik üzərində düşünür. Mart ayında Amerika şirkətinin rəhbəri Mark Zukerberq “Meta” daxilində aparılan araşdırmalardan danışaraq deyib ki, mühəndislər karyeralarının əvvəlində həmkarları ilə həftədə ən azı 3 dəfə üz-üzə işlədikdə orta hesabla daha yaxşı performans göstərirlər.

Mənbə: “Bloomberg”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri