İyn
2023
06:03
85
31
709
Virtual karabakh

İki uşağı öldürməklə hədələyən Rusiya sakinindən təhdid məktubu: “Bir neçə məhkəmə binası minalanıb”

3 İyn, 2023
06:03
709

İki uşağı öldürməklə hədələyən Rusiya sakinindən təhdid məktubu: “Bir neçə məhkəmə binası minalanıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kemerovo vilayətində rayon məhkəməsinə naməlum şəxs tərəfindən təhdid məktubu daxil olub.

Məktubda naməlum Kemerovo sakini bildirib ki, guya o, bir neçə şəhər məhkəmə binasını minalayıb və buna görə 1,3 milyon rubl tələb edib. Həmçinin şərtləri yerinə yetirilmədiyi təqdirdə iki uşağı öldürməklə hədələyib.

Bu barədə Kemerovo vilayəti məhkəmələrinin birgə mətbuat mərkəzindən məlumat verilib.

“Kemerovo vilayətinin rayon məhkəməsinə binaların minalanması ilə bağlı eyni məzmunlu bir neçə məktub daxil olub”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Eyni zamanda naməlum şəxs öz məktubunda Kemerovonun hansı məhkəmələrini minaladığını deməyib.

Mənbə: MK.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri