İyn
2023
05:08
9
179
4961
Virtual karabakh

Ukraynanın Zaporojyeyə hücumundan ehtiyatlanan rusiyalı hərbçilərdən ağlasığmaz addım - FOTO

3 İyn, 2023
05:08
4961

Ukraynanın Zaporojyeyə hücumundan ehtiyatlanan rusiyalı hərbçilərdən ağlasığmaz addım - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı hərbçilər Ukrayna ordusunun, xüsusən, işğal altındakı Zaporojye vilayətinin cənubundan hücuma keçəcəklərindən ehtiyat edirlər.

Ona görə də bunun qarşısını almaq üçün həmin ərazidə əkin sahələrini su altında qoyurlar, suvarma kanallarının qapaqlarını açıb buraxırlar.

Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko bildirib.

“Məsələn, onlar suvarma kanallarında su qapaqlarını açır və beləliklə də əkin sahələrini su altında qoyurlar. Yəni bizim bu və ya digər istiqamətdə hərəkət edə bilməməyimiz üçün hər şeyi edirlər”, - deyə o qeyd edib.

Bundan əlavə, Malaşkonun sözlərinə görə, Zaporojye vilayətinin işğal olunmuş hissəsindəki kollaborantlar (rusiyalılara işləyənlər – red.) özləri bölgəni tərk etmirlər, onları hələ ki orada saxlayırlar, lakin ailələri gedirlər.

“Onlar həm Rusiya istiqamətində, həm də işğal olunmuş Krım istiqamətində yola çıxırlar. Qorxurlarmı? Təbii ki, qorxurlar”, - deyə o əlavə edib.

Sözlərinin təsdiqi kimi Malaşko qeyd edib ki, Zaporojye vilayəti artıq gündə az qala 100-120 dəfə atəşə tutulur.

“Bir qayda olaraq onlar mülki obyektləri hədəf alırlar. Bu da onların bizim hücuma keçə biləcəyimizlə bağlı narahatlıqlarından xəbər verir”, - deyə o vurğulayıb.

Mənbə: RBC-Ukrayna

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri