İyn
2023
15:56
13
82
1186
Virtual karabakh

İtaliyada azarkeşlər yanan məşəllərlə futbolçulara hücum etdilər - VİDEO

2 İyn, 2023
15:56
1186

İtaliyada azarkeşlər yanan məşəllərlə futbolçulara hücum etdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya B Seriyasının pley-out mərhələsində keçirilmiş “Breşiya” - “Kosenza” cavab oyununda insident baş verib.

Oxu.Az xəbər verir ki, bu, 90+7-ci dəqiqədə yaşanıb.

90+5-ci dəqiqədə qonaqlar bərabərlik qolunu vurublar və bu, “Breşiya”nın B Seriyası ilə vidalaşması anlamına gəlib.

Nəticədən narazı qalan yerli fanatlar futbolçulara məşəllər atıblar.

Meydan sahiblərinin “ultras”larının yer aldığı sektor “Kosenza”nın qapısının arxasında olub. “Breşiya” oyunçuları hücum zamanı rəqibin meydançasına çatanda tribunadan yanan məşəllər atılıb. Bəzi azarkeşlər meydana çıxaraq futbolçulara hücum ediblər. Hakim oyunçuları meydandan çıxarıb.

İlk oyunda 0:1 uduzan “Breşiya” evdəki 1:1 hesablı heç-heçə ilə B Seriyasında mövqeyini itirib.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri