İyn
2023
18:52
118
16
797
Virtual karabakh

Lourens Broers: “ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq səyləri daha da artıb” - FOTO

2 İyn, 2023
18:52
797

Lourens Broers: “ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq səyləri daha da artıb” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ Brüssel formatı müvəqqəti dayandırılan zaman danışıqlar prosesinin dəstəklənməsində əsas rol oynayaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında daha fəal rol oynamağa başlayıb”.

Bunu “Report”a açıqlamasında Qafqazdakı münaqişələri araşdıran britaniyalı politoloq Lourens Broers deyib.

Onun sözlərinə görə, ötən ayın əvvəlində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda indiyədək görünməmiş müddətdə danışıqlar aparıblar və görünür ki, münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyiş əldə ediblər:

“Bunun ardınca isə mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş nazir Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında baş tutan görüşlə Brüssel formatı bərpa olunub. Görünən odur ki, “Avro-Atlantik” treki bir neçə aylıq fasilədən sonra yenidən işə düşüb”.

L.Broers qeyd edib ki, bu, həm tərəflərin danışıqlar masasına qayıtması, həm də dövlətlərarası səviyyədə olan çox sayda məsələlərin həlli baxımından vacibdir:

“Bura Azərbaycan və Ermənistan arasında razılaşmanın əldə edilməsinin mümkün olduğu sərhədlərin delimitasiyası və humanitar məsələlər daxildir”.

“ABŞ-nin uzun illərdən sonra ilk dəfə bu işdə belə fəal iştirak etməsi də vacibdir. ATƏT-in Minsk qrupunun dağılmasından sonra Avropa və ABŞ Ermənistanla Azərbaycan arasında sülhün bərqərar edilməsi üzrə danışıqlara sadiqliklərini artırıblar. Bu da həm Bakıda, həm də İrəvanda müsbət qarşılanır”, - o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri