İyn
2023
19:40
173
28
751
Virtual karabakh

İndoneziyalı nazir Ukrayna ilə bağlı təklif verdi: “BMT sülhməramlıları yerləşdirilsin”

3 İyn, 2023
19:40
751

İndoneziyalı nazir Ukrayna ilə bağlı təklif verdi: “BMT sülhməramlıları yerləşdirilsin”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukraynada münaqişə bölgəsində demilitarizasiya zonası yaradılsın və orada BMT-nin sülhməramlı qüvvələri yerləşdirilsin”.

Belə bir təkliflə İndoneziyanın müdafiə naziri Prabovo Subianto Sinqapurda keçirilən “Şanqri-La dialoq” təhlükəsizlik konfransı zamanı çıxış edib.
Subianto ilk növbədə hər iki tərəfdən atəşin dayandırılmasını təklif edib.

“İkincisi, hər iki tərəf yeni demilitarizasiya zonasının yaradılması üçün hazırkı mövqelərindən 15 km geri çəkilsin”, - deyə nazir qeyd edib.

Prabovo Subiantonun sözlərinə görə, bu zonaya beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməlidir. Həmçinin o əlavə edib ki, sakinlərin böyük qisminin iradəsinin obyektiv şəkildə  öyrənilməsi üçün BMT mübahisəli ərazilərdə referendum keçirməlidir.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri