İyn
2023
01:45
287
11
1924
Virtual karabakh

Ağ Evin həkimi Baydenə əsadan istifadə etməyi məsləhət gördü: “Yıxılmaqdan yaxşıdır”

4 İyn, 2023
01:45
1924

Ağ Evin həkimi Baydenə əsadan istifadə etməyi məsləhət gördü: “Yıxılmaqdan yaxşıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ Prezidenti Co Bayden növbəti dəfə səhnədə yıxıldıqdan sonra əsadan istifadə etməlidir”.

Bu sözləri kardioloq və Ağ Evin keçmiş tibbi müşaviri Conatan Rayner deyib.

Həkim qeyd edib ki, dövlət başçısının səhhəti ilə bağlı vəziyyət kənardan ürəkaçan görünmür. O əlavə edib ki, insanlar, xüsusilə yaşlılar tez-tez yıxılırlar və Co Baydenin yıxılması ilə bağlı digər hadisələri də xatırladıb.

Conatan Raynerin fikrincə, Baydenin sərt və səndələyərək yeriməsi artrit xəstəliyi ilə bağlı ola bilər. “Bu xəstəlik zamanı büdrədiyiniz zaman tarazlığı qorumaq çətindir”, - deyə o vurğulayıb.

“Prezidentə çox diqqətli olmağı məsləhət görərdim, qeyri-sabit səthlərdə əsadan istifadə etmək pis fikir olmaz”, - deyə həkim Baydenə tövsiyə verib.

Onun sözlərinə görə, bu fikir nüfuzu baxımından Baydenin xoşuna gəlməyəcək. “Amma yıxılmaq daha pis görünür”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden sonuncu dəfə Koloradoda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının məzunları üçün keçirilən buraxılış mərasimi zamanı büdrəyərək yıxılıb.

Bununla bağlı görüntülərdə mavi papaqlı 80 yaşlı Baydenin yıxıldıqdan sonra təhlükəsizlik işçiləri tərəfindən tez bir zamanda ayağa qaldırılması əks olunub.

Mənbə: CNN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri