3 
İyn
2023
23:39
179
63
2378
yuxarı
Ukrayna ilə Macarıstan arasında xəritəyə görə siyasi qalmaqal yaranıb
3 İyn, 2023
23:39
2378
179
63
Ukrayna ilə Macarıstan arasında xəritəyə görə siyasi qalmaqal yaranıb
“Macarıstan hökumətinin rəsmi “YouTube” kanalında Ukrayna sərhədlərinin düzgün qeyd olunmadığı xəritənin videosu yayımlanıb. Bu, Budapeştin mövqeyi ilə bağlı rəsmi açıqlamalarına ziddir”.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.
“Krım yarımadasının Ukraynanın bir hissəsi olmayan ərazi kimi təyin edilməsi rəsmi Budapeştin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı dəfələrlə bəyan etdiyi mövqeyə ziddir” – Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Ukrayna XİN Macarıstanı BMT, Avropa İttifaqı və NATO-ya üzvlük çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.
Mənbə: Rbc.Ua
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək