İyn
2023
19:05
156
21
3456
Virtual karabakh

Məhkəmə Paşinyanın oğlunu oğurlamaqda təqsirləndirilən qadınla bağlı qərarını dəyişdi - YENİLƏNİB

5 İyn, 2023
19:05
3456

Məhkəmə Paşinyanın oğlunu oğurlamaqda təqsirləndirilən qadınla bağlı qərarını dəyişdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmağa cəhddə təqsirləndirilən Qayane Akopyanın yenidən həbs edilməsinə qərar verib.

“Məhkəmə təqsirləndirilən şəxsin ev dustaqlığı ilə bağlı qərarının ləğvi və onunla bağlı 1 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilməsinə qərar verib”, - deyə hakim bildirib.

Akopyanın özü və vəkilləri bildiriblər ki, məhkəmə bu qərarı baş nazir Nikol Paşinyanın birbaşa təzyiqi ilə verib.

Maraqlıdır ki, Ermənistanın Apellyasiya Məhkəməsi bazar ertəsi səhər təqsirləndirilən şəxsə qarşı ev dustaqlığı qərarı çıxarmışdı.

11:52

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunu oğurlamağa cəhd etdiyinə görə həbs edilən Qayane Akopyan ev dustaqlığına buraxıb.

Bu barədə onun vəkili məlumat yayıb.

“Ermənistan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin həbs-qətimkan tədbirini dəyişdirdi və Qayane Akopyan ev dustaqlığına buraxılıb”, - vəkil bildirib.

Xatırladaq ki, mayın 18-də Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. “Oğulların çağırışı” adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindirmişdilər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaça bilmişdi.

Mənbə: Sputnik Ermənistan

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri