İyn
2023
16:44
69
13
2636
Virtual karabakh

Məşhur məşqçi həbsdə olan futbolçunu milliyə çağırdı

5 İyn, 2023
16:44
2636

Məşhur məşqçi həbsdə olan futbolçunu milliyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreya millisinin baş məşqçisi Yurgen Klinsmann Çində danışılmış oyunlara görə saxlanılan futbolçuya dəvət göndərib.

Almaniyalı mütəxəssis hazırda həbsdə olan Son Cun Honu yığmaya çağırıb. Onun adı Peru və El Salvador yığmalarına qarşı oyunlar üçün 23 nəfərlik heyətə daxil edilib.

Qərarı ilə bağlı açıqlama verən Klinsmann bildirib ki, bu, 31 yaşlı yarımmüdafiəçiyə dəstək nümayişidir.

Son Cun Ho “Şandun Tayşan” klubunda çıxış edir. O, ötən ay baş məşqçisi Hao Veyin şikayəti əsasında həbs olunub.

Qeyd edək ki, Cənubi Koreya millisi Peru ilə iyunun 16-da, El Salvadorla 4 gün sonra yoldaşlıq oyunları keçirəcək.

Mənbə: reuters.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri