İyn
2023
19:11
97
11
1227
Virtual karabakh

“Sabah” və “Zirə”nin futbolçuları Avropa çempionatı üçün Ukrayna millisinə çağırıldılar

5 İyn, 2023
19:11
1227

“Sabah” və “Zirə”nin futbolçuları Avropa çempionatı üçün Ukrayna millisinə çağırıldılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın U-21 millisinin Avropa çempionatı öncəsi təlim-məşq toplanışı və İrlandiya ilə yoldaşlıq matçı üçün heyəti açıqlanıb.

Ukrayna Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Ruslan Rotannın 25 nəfərlik siyahısında ötən mövsümü icarə əsasında “Sabah”da keçirmiş “Şaxtyor”un (Donetsk) futbolçusu Aleksey Kaşuk da yer alıb.

Qış fasiləsində Ukrayna “Minay”ından “Zirə”yə keçən Eldar Quliyev isə 7 nəfərlik B siyahısına salınıb.

Qeyd edək ki, Avropa çempionatı iyunun 21-dən iyulun 8-dək Gürcüstan və Rumıniyada təşkil olunacaq. Ukrayna millisi Rumıniya, İspaniya və Xorvatiya ilə birlikdə B qrupunda mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri