İyn
2023
18:34
179
28
3465
Virtual karabakh

Ermənistan növbəti dəfə üçtərəfli razılaşmaları pozdu: İrəvan Moskvanı görməzdən gəldi

5 İyn, 2023
18:34
3465

Ermənistan növbəti dəfə üçtərəfli razılaşmaları pozdu: İrəvan Moskvanı görməzdən gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəfələrlə üçtərəfli razılaşmaları pozan İrəvan bu dəfə növbəti qanunsuzluğu özü etiraf edib.

Söhbət bu ölkənin Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinə Rusiyanın nəzarətindən imtinasından gedir.

Bu barədə Rusiyanın populyar “Telegram” kanalı “Operativnıe svodki” yazıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu fikirləri qonşu ölkələrlə iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının gələcəyindən danışarkən səsləndirib:

“Kommunikasiyaların açılması ilə bağlı bir vacib detal var ki, məncə, bütün iştirakçılar üçün artıq aydındır. Sərhədlərə tam nəzarət, sərhəd xidmətlərinə nəzarət Ermənistan tərəfindən həyata keçiriləcək. Yəni Ermənistan kontekstində kommunikasiyaların açılması o deməkdir ki, sərhəd xidmətini yalnız Ermənistan həyata keçirəcək”.

Bundan əlavə Azərbaycan, Rusiya və Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı bəyanatda bu məqam ciddi şəkildə öz əksini tapıb - nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nin sərhəd xidmətinə həvalə edilib. Görünür, Ermənistan hökuməti və onun lideri hər nə qədər Rusiyanın üzünə gülsələr də, Qərbin sifarişləri ilə hərəkət etməyə davam edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri